AZ

“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb (FOTO)

Bakı. Trend:

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunlarıoperatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milliqanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinəuyğun fəaliyyət göstərməyə davam edir. Bu məqsədlə 2025-ci ilinoktyabr ayında sertifikasiya auditi keçirilib və üç beynəlxalqstandart üzrə uyğunluq təsdiq edilib.

İlk standart ISO 27001:2022 Məlumat Təhlükəsizliyi İdarəetməSistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə dətəklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq vədavamlılığını təsdiq edir. Şirkət daha əvvəllər bu standartın2013-cü il versiyasına uyğun fəaliyyət göstərirdi. Lakintexnologiyaların inkişafı ilə ayaqlaşmaq üçün bu standartın 2022-ciildə redaksiyası yenilənib və 2025-ci ildən bu standarta keçidedilməsi üçün son tarix kimi müəyyən edilib. Standartın tələblərinəuyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumattəhlükəsizliyi siyasətini və məlumat təhlükəsizliyinin hər birelementi üzrə (uzaqdan işləmə, təhlükəsiz kodlama, şifrəidarəçiliyi və s.) digər siyasət və prosedurları təsdiq edir, eləcədə bu siyasət və prosedurlar əsasında məlumat təhlükəsizliyininidarə edilməsi sistemini tətbiq edir.

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - WorldLottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - TheSecurity Control Standard). Bu standart sahənin ən yaxşıtəcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həmmüxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamiledilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsininolması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlılotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması,hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının olabilməsi, ödəniş üsullarının qorunması kimi tələblər bu standartdanirəli gəlir. Cari ildə bu standartın da yeni versiyasına 2024-cü ilredaksiyasına keçid edilib.

Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart AvropaLotereyaları və Toto Assosiasiyasının (EL - The European StateLotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır.Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışızamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyənedir.

“Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçininAvropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq“Azərlotereya”nın “MəsuliyyətliOyun” siyasəti ilə tanış ola bilərsiniz.

“Azərlotereya”
Seçilən
12
26
az.trend.az

10Mənbələr