AZ

CHP bələdiyyəsinə qarşı 8-ci dalğa əməliyyatı: 7 iş adamı saxlanıldı

Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı rüşvət və korrupsiya istintaqı genişlənməyə davam edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün səkkizinci dalğa əməliyyatı keçirilib.

Əməliyyat zamanı biri bələdiyyə işçisi, yeddisi iş adamı olmaqla səkkiz nəfər saxlanılıb. İstintaqın mərkəzində olan şəxs vəzifəsindən kənarlaşdırılmış Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcekdir.

Böcek 5 iyulda keçmiş gəlini Zuhal Böcek ilə birlikdə saxlanılıb və məhkəmə tərəfindən həbs edilib. Böcekin oğlu Mustafa Gökhan Böcekin də bir müddət xaricdə olduğu və Vyanadan qayıtdıqdan sonra həbs edildiyi bildirilir. Böcek vəzifəsindən kənarlaşdırılıb və yerinə bələdiyyə şurasından müvəqqəti bir müavin təyin edilib.

Seçilən
12
publika.az

1Mənbələr