AZ

Bu il əmək pensiyaları üçün ödənişlərə planlaşdırılandan az vəsait xərclənəcək

2026-cı ildə orta pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537 manat məbləğindən təqribən 7,9 faiz artmaqla 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Məlumata görə, bu ilin sonuna əmək pensiyalarının ödənilməsi xərclərinin ( 7144.17 milyon manat) cari ilin təsdiq edilmiş proqnozu ( 7210.53 milyon manat) ilə müqayisədə 66 milyon 360 min manat az icra edilməsi gözlənilir.

Qeyd edilib ki, 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85 faiz və ya 782,35 mln. manat çox nəzərdə tutulub. 2026-cı il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz) nəzərə alınıb.

Seçilən
2
4
xezerxeber.az

10Mənbələr