AZ

Spaletti: "Xarakterli olduğumuzu göstərdik"

style='margin-bottom:10px;'>

"Yuventus"un yeni baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sportinq"lə heç-heçə (1:1) etdikləri oyun haqda danışıb.

QOL.az xəbər verir ki, o, tənqidlərə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:

"Komandanın oyunundan razıyam. Xarakterimiz olduğunu göstərdik. Futbolçularım matçda qalib gəlmək istəyini nümayiş etdirdilər. Belə oynamağa davam etsək, çoxlu qələbələr qazanacağıq. "Sportinq"ə qarşı oynamaq çətindir; onların sürətli, bacarıqlı oyunçuları və əla məşqçiləri var".

Qeyd edək ki, "Yuventus" hazırda ÇL-in turnir cədvəlində 3 xalla 23-cüdür.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr