Azərbaycanda orqan donoru olmaq istəyənlər üçün müraciət qaydası açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, BAKU.WS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, vətəndaşlar könüllü şəkildə orqan donoru olmaq üçün birbaşa Mərkəzə və ya onlayn formada müraciət edə bilərlər.
Məlumata görə, müraciət zamanı şəxsiyyət vəsiqəsi təqdim edilir və təsdiq olunmuş razılıq forması doldurulur. pizza hut
Mərkəzin ünvanı: Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 107, G blok, 8-ci mərtəbə.
Qəbul günləri: həftə içi saat 08:00–17:00.
Bununla yanaşı, vətəndaşlar www.odtkm.gov.az saytında "Donor ol" bölməsinə daxil olaraq qeydiyyat formasını onlayn şəkildə də doldura bilərlər. Qeydiyyat başa çatdıqdan sonra məlumatlar Vahid İnformasiya Sistemində rəsmiləşdirilir
Telegram kanalımız