AZ

Yağışda avtobus gözləyən sərnişinlərə AYNA-dan CAVAB

"Metronun "20 Yanvar" stansiyasının qarşısından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur".

Bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:

"Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
4
olaylar.az

5Mənbələr