Azad Vətən Partiyasının sədri Akif Nağının “Media Türk TV”nin efirində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Partiya sədri Fazil Mustafanın kitablarını da tənqid edib.
Modern.az xəbər verir ki, Fazil Mustafa Akif Nağının iddialarına münasibət bildirib.
O, Akif Nağını “İran xətti müdafiə edən adam” adlandırıb. Deputat qeyd edib ki, Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır.
Partiya sədri əlavə edib ki, Azərbaycanda səfəviliyi kim qabardırsa, həmin şəxs İranın maraqlarına xidmət edir.