AZ

DSMF-nin pensiya ödənişləri üzrə bank xərcləri 41 milyon manata yaxın olacaq » AzadMedia.az


2026-cı ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 41 milyon manata yaxın olacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə uyğun olaraq pensiya və müavinətlərin benefisiarlara çatdırılması üzrə xidmət haqqı aparılmış maliyyə əməliyyatlarının 0,5 faizi qədər müəyyən edilib. Dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə əhaliyə ödənişlər üzrə xərcləri 8196,45 mln. manat həcmində gözlənildiyindən pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 40,98 mln. manat (8196,45*0,5%) məbləğində proqnozlaşdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə uyğun olaraq DOST Agentliyinin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi mənbələrindən biri olmaqla, 2026-cı ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsinə Fonddan ayrılan vəsait 50 mln. manat məbləğində proqnozlaşdırılıb.
Seçilən
11
4
azadmedia.az

5Mənbələr