AZ

Binəqədi şossesində xaos Bitmək bilməyən təmir və tıxac hansı qurumun işidir?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Binəqədi rayonu, Binəqədi şossesində gedən təmir işləri 6 aydır ki, bitmək bilmir. Demokrat.az xəbər verir ki, Bakının ən yüklənmiş yollarından olan ərazidə təmir nəticəsində aylardır dəhşətli tıxac hökm sürür. Xüsusən səhər və axşam saatlarında yolda nəqliyyat iflic olur.Sözügedən ərazi ilə “Azadlıq” metrosundan Bakıətrafı qəsəbələrə doğru hərəkət edən marşrut avtobusları çoxluq təşkil edir. İnsanların işdən qayıtdığı axşam saatlarında ərazidə vəziyyət o yerə çatır ki, sərnişinlər marşrutlardan düşərək yollarına piyada davam etməyə məcbur qalırlar. Bunda təbii ki, avtobusların yararsız “fəaliyyəti” də rol oynayır. Əgər vətəndaşlar pul ödədikləri marşrutdan düşüb piyada gedəcəksə, bəs AYNA nə üçün var?Maraqlıdır ki, aylardır davam edən təmirlə bağlı heç bir qurum açıqlama vermir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Su Ehtiyatları Agentliyi təmir işlərinin onlarla bir əlaqəsinin olmadığını bildiriblər.Demokrat.az Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə bizə köhnə və şablon açıqlama verdilər və bildirdilər ki, onlarda yeni məlumat yoxdur. Maraqlıdır, rayon ərazisində aylardır gedən və insanların canını boğazına yığan təmir və sıxlıqla bağlı İcra Hakimiyyəti digər qurumlarla niyə informasiya mübadiləsi aparmır?Məsələ diqqətimizdə saxlanılacaq.Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
demokrat.az

1Mənbələr