AZ

Norveç hökumətindən Ukraynaya yardım üçün suveren fondu işə salmaq tələb olunur

Bakı, 5 noyabr, AZƏRTAC

Norveçdə siyasətçilər hökumətə təzyiq göstərərək Ukraynaya dəstək məqsədilə dünyanın ən iri suveren fondu olan 1,8 trilyon dollarlıq qlobal investisiya portfelinə malik Norveç Dövlət Pensiya Fondundan vəsait ayrılmasını tələb edirlər.

AZƏRTAC “Euractiv” portalına istinadla xəbər verir ki, bundan əvvəl Krallıq hökuməti 2026-cı ildə Kiyevin ehtiyacları üçün əlavə 7 milyard dollar vəsait ayıracağını bəyan edib.

Avropa İttifaqı ölkələrinin səfirləri çərşənbə günü Ukraynanın maliyyə vəziyyətini müzakirə etmək üçün toplanacaqlar.

Aİ ölkələri Ukraynanın gələcək maliyyələşdirilməsinin yollarını, o cümlədən Qərbdə dondurulmuş 200 milyard avrodan çox məbləğində Rusiya aktivlərinin Kiyevə “reparasiya krediti” şəklində yönəldilməsi imkanını müzakirə etməyə davam edirlər. Rusiya isə öz aktivlərinin müsadirə olunacağı təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Seçilən
25
azertag.az

1Mənbələr