AZ

Anri Vinisiusu tənqid etdi

style='margin-bottom:10px;'>

"Arsenal"ın və "Barselona"nın keçmiş hücumçusu Tyeri Anri "Real"ın ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Liverpul"a uduzduğu (0:1) oyun haqda danışıb.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Madrid təmsilçisinin forvardı Vinisius Jnioru tənqid edib:

"Mən başa düşmürəm ki, o, "Liverpul"un müdafiəsinə niyə təzyiq göstərmədi. Əlində olanı etmək, vəziyyətə uyğunlaşmaq lazımdır. Vinisius Bredlini ilk 5-7 dəqiqədə sıxışdırdı, daha sonra isə rahat buraxdı. Nəyə görə? Bu boşluqları vermək lazım idimi? Vinisius təzyiq göstərsəydi, "Liverpul"un müdafiədəki effektivliyi azalacaqdı".

Qeyd edək ki, V.Junior 2018-ci ildən "Real"da oynayır.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr