AZ

Avtobuslarda NFC ödənişləri mümkün olacaq? – Rəsmi

Bu ilin sonuna qədər Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.
ONN media xəbər verir ki, bu barədə Report-a "BakıKart"ın operatoru - "K Group" MMC-dən bildirilib.
Məlumata görə, bu addım sərnişinlərə metro ilə yanaşı avtobuslarda da eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.
"Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur", - şirkətdən qeyd olunub.
Artıq Bakı Metropoliteni QSC-nin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay"lə ödəmək mümkündür. Bu yenilik bütün yerli bank sektorunu əhatə edir, şəhər nəqliyyatında nağdsız ödəniş ekosisteminin genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm addımdır.
NFC ödəniş sistemi sərnişin rahatlığını nəzərə alaraq, balansda kifayət qədər vəsait olmasa belə bir dəfəlik keçid imkanı təqdim edir. Bu yanaşma vətəndaşların səfərlərini problemsiz davam etdirməsini təmin edir. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır.
Bundan əvvəl də ictimai nəqliyyatda sərnişinlər üçün QR ödəniş imkanı istifadəyə verilib. Bu sistem sayəsində mobil tətbiq üzərindən yaradılan QR bilet vasitəsilə paytaxt və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər fiziki kart təqdim etmədən gediş haqlarını rahat və sürətli şəkildə ödəyə bilirlər.
Seçilən
11
15
onn.az

10Mənbələr