AZ

"BMW" xalis mənfəətini 3,6 dəfə artırdı

Almaniyanın avtomobil istehsalçısı "BMW" bu ilin üçüncü rübündə xalis mənfəətini 3,6 dəfə artırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "BMW"nin press-relizində deyilir.

İyul-sentyabr aylarında xalis mənfəət 476 milyon avrodan 1,7 milyard avroya yüksəlib. Gəlir isə bu dövrdə 32,41 milyard avrodan 32,31 milyard avroya enib.

Eyni zamanda, "BMW", "MINI" və "Rolls-Royce" avtomobillərinin satışı ötən rübdə 8,7% artaraq 588,140 min ədəd təşkil edib./İqtisadiyyat

Seçilən
37
1
avtosfer.az

2Mənbələr