AZ

Sudanın hərbi təyyarəsi qəzaya uğrayıb, bütün heyət həlak olub

Ajans.az Sudan Tribune qəzetinə istinadən xəbər verir ki,təyyarə bölgədə Sürətli Reaksiya Qüvvələrinin (SRRF) mövqelərini bombalamaq və Babanusada mühasirəyə alınmış ordu bölmələrini təchiz etmək üçün istifadə olunurdu. Təyyarə missiyanı başa vurduqdan sonra "sağ qanaddakı nasazlıq" səbəbindən tarazlığını itirib, alovlanaraq qəzaya uğrayıb. Qəzet qeyd edir ki, təyyarədə olan bütün heyət üzvləri həlak olub. Onların sayı və vətəndaşlığı barədə hələlik məlumat verilmir. SRRF isə Babanusa üzərində İlyuşin hərbi təyyarəsini vurduğunu iddia edib. Onlar yanan dağıntıların videosunu yayıblar, lakin başqa sübut təqdim etməyiblər. Sudan Tribune hərəkatın yaxın gələcəkdə bir il yarımdır mühasirədə olan şəhəri ələ keçirmək üçün yenidən cəhd edə biləcəyini istisna etmir.

 

Seçilən
21
Ajans.az

1Mənbələr