AZ

Aqil Abbas: Bir vaxtlar APA nın bağlandığı kimi...

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Deyirlər, üzümüzə gələn ildən qəzetlər fəaliyyətini dayandıracaq. Daha doğrusu, qəzetlərin çıxması üçün dövlət tərəfindən ayrılan yardımlar kəsiləcək.

Bakupost.az xəbər verir ki, bunu "Ədalət" qəzetindəki künc yazısında deputat Aqil Abbas yazıb.

O, mövzuya bu sözlərlə davam edib:

"Təbii ki, belə halda da qəzet çıxarmaq mümkün deyil. Çünki Azərbaycanda qəzetlər üçün nə reklam bazarı var, nə də doğru-dürüst satış bazarı.

Qəzet köşkləri univermağa, marketə dönüb. Və beləcə, minlərlə jurnalist işsizlikdən kef edəcək.

Onda güman qalır saytlara. Heç bir sayt qəzeti əvəz edə bilməz. Həm də saytların düyməsi öz əlimizdə deyil, ABŞ-ın əlindədi. İstədiyi zaman saxlayar və onun bütün arxivini də məhv edər.

Nümunə bir vaxtlar APA-nın bağlandığı kimi.

Xoşbəxtlik odur ki, Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti bilmirəm, deyəsən, 2 il yaşadı, biz isə 35 il.

Mirzə Ələkbər Sabir qəzetlərin taleyini peyğəmbərcəsinə təxminən 120 il əvvəl görübmüş:

Düşdü qəzetlər qiymətdən, ay can, ay can!"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
www.bakupost.az

4Mənbələr