AZ

Heydər Oğuzun sözü ilə rayon ləğv edilmir ki... Sədərək RİH dən REAKSİYA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ləğv olunacağı iddia edilir. Bu iddianı jurnalist Heydər Oğuz səsləndirib.Demokrat.az xəbər verir ki, “yeni sabah” məsələ ilə bağlı Sədərək Rayon İcra Hakimiyyətinə sorğu göndərib.Qurumun İnformasiyanın təminatı və təhlili sektorunun müdiri Oruc Hüseynzadə bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir: “Bu barədə bizə heç bir məlumat verilməyib. Ümumiyyətlə belə bir addımın atılması gözlənilmir. Heydər Oğuzun sözü ilə o boyda rayon ləğv edilmir ki...”.Qeyd edək ki, Sədərək rayonu 1990-cı ildə yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
4
demokrat.az

5Mənbələr