AZ

Masallıda əməliyyat: Polis silsilə oğurluqlar edən şəxsi saxladı

Masallıda polis əməliyyat keçirib. 8 ünvandan 2000 manat dəyərində oğurluq edən şəxsi saxlayıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərinin ərazisindəki yaşayış evi və həyətlərdən oğurluqlar edilməsi ilə bağlı polisə məlumatlar daxil olub.

Naməlum şəxs ayr-ayrı vaxtlarda 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 ədəd velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlayıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
25
6
nocomment.az

8Mənbələr