AZ

Kobaxidze Avropa Komissiyasını ikili standartlarda ittiham edib

Avropa Komissiyasının hesabatı ədalətsizdir və ikili standartları əks etdirir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqında vəziyyətin, avropalı bürokratların yanaşmasının dəyişməsini gözləyəcək.

"Biz 2030-cu ildə Avropa İttifaqının üzvü olmaq istəyirik və ümid edirik ki, o vaxta qədər Avropa İttifaqındakı vəziyyət kökündən dəyişəcək. Bu gün Avropa bürokratiyasının fəaliyyəti sovet standartları səviyyəsinə düşüb ki, bu da böyük təəssüf doğurur”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, ötən gün Avropa Komissiyasının genişlənməyə dair hesabatında Gürcüstan hakimiyyəti sərt tənqid olunub. Bildirilib ki, Gürcüstanda ciddi demokratik geriləmə müşahidə olunur və ölkənin Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb.

Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.
Seçilən
8
2
sherg.az

3Mənbələr