AZ

İranın ABŞ ilə danışıqlar üçün şərti: Nüvə məsələlərini müzakirə edəcəyik

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri: "Yeni danışıqlar olarsa, onlar yalnız İranın nüvə məsələlərini həll edəcəklər", - deyib.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri Seyid Abbas Ərakçi mövcud məsələləri qiymətləndirib.

Erakçi bildirib ki, İran-Oman danışıqları hər altı aydan bir Tehran və ya Məsqət tərəfindən təşkil olunur. Yeni danışıqların baş tutub-tutmayacağı ilə bağlı Ərakçi: "ABŞ tərəfi həmişə raket və regional məsələləri müzakirə etmək istəyir, lakin bizim mövqeyimiz aydındır. ABŞ ilə danışıqlar olarsa, onlar yalnız nüvə məsələlərini əhatə edəcək", - deyə qeyd edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr