AZ

“Bütün dünya bu hadisədən danışır” Məşhur keçmiş döyüşçü qorillanı necə ram etdi? FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Səhifəmdə paylaşdığım bütün görüntülər realdır. İnsanların həyatına süni intellekt o qədər daxil olub ki, hamı elə bilir ki, bu kadrlar real deyil. Sosial şəbəkələrdə cəngəllikdə qorilla ilə qarşılaşdığım video görüntüləri paylaşırlar. Çoxu buna inanmır, ammma səhifəmdə bu tip videolar çoxdur. Bu Konqoda, Uqanda da olub. Təxminən ötən ilin bu vaxtı idi. Dünən də Afrikadan gəlmişəm. Böyük hadisələr olub. Müəyyən görüntülər var ki, biz göstərmirik. Bu boyda hadisələr necə süni intellekt ola bilər ki? O qədərmi real görüntülər seçilmir? Deməli insanlar görə bilmir. İnsanın gözündə reallıq itir. Necə deyərlər bu da dünyanın sonudur”.

Bunu keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məşhur ovçu Faiq Babanlı moderator.az-a açıqlamasında deyib.

“İnsanlar insanlara baxanda, yaxud da heyvana baxanda onun cisminə baxırlar. Fiziki hissəsinə, bədəninə deyil. Amma insan da var ki, canlıya baxanda onun ruhunu görür. Energetik balans deyilən bir şey var. Heyvan nə qədər güclü olursa-olsun, onun lap iki ton ağırlığı da olsa, əgər sənin energetik balansını keçə bilmirsə, o sənə ram olur. Məsələn, mənimlə yaşayan vəhşi heyvanları elə ram edirəm. Təbiətdə də belədir. Ovçu kimi qorxulu bir vəhşiyə güllə atanda onun gözünə baxıb birinci saxlayıram, ondan sonra gülləni atıram. Əgər onun gözünün ruhunu görmürsənsə, onun aparatı dayanmır. O dəqiqə gəlib səni məhv edəcək. Ona görə də həyat səni elə bir yollarla aparmalıdır ki, sənin energetik balansın ona uyğun inkişaf etsin. Hamısı energetikadan, ruhun gücündəndir. İnsanlar cismlərini, bədənlərini bəzəyirlər, qulluq edirlər, göstərirlər, amma heç kim ruhunun qidası ilə məşğul olmur. Bu ruhun gücüdür. Buna da illər lazımdır ki, qorillanın gözünə baxasan, onu yerində saxlayasan ki, dönüb getsin. Belə bir hadisə olmur. Bütün dünya bu hadisədən danışır”, - deyə məşhur ovçu bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
icma.az

5Mənbələr