AZ

“Şərifoğlu” restoranı vergidən yayınır: “kartdan-karta” üsulu ilə ödəniş

[center][/center]Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Əhmədzadə və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən “Şərif oğlu” adlı restoran müştərilərinə təmtəraqlı xidmət göstərsə də, arxa planda qanunsuz pul dövriyyəsi aparır.Restoranın fəaliyyəti zamanı müştərilərdən rəsmi qəbz və ya kassa aparatı vasitəsilə ödəniş tələb olunmur. Əvəzində, ofisiantlar ödənişi “kartdan-karta göndərin” deyərək şəxsi bank hesablarına yönləndirirlər. Bu isə Vergi Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.Belə üsulla işləyən obyektlər dövlət büdcəsinə vergi ödəmədən gəlir əldə edir, əməkdaşlarını isə çox zaman rəsmi müqaviləsiz çalışdırır. Nəticədə, dövlət vergidən məhrum olur, işçilər isə sosial təminatdan kənarda qalır.Ən maraqlısı budur ki, bu cür pozuntular paytaxtın mərkəzində, demək olar ki, vergilər orqanlarının gözü qarşısında baş verir.Sual yaranır:Nərimanov rayon Vergi Nəzarət İdarəsi bu obyektin fəaliyyətindən xəbərdardırmı?İqtisadi Nəzarət və Audit qurumları bu halı niyə araşdırmır?Əgər sadə vətəndaş bir qəbzi itirsə, cərimə olunur, bəs milyonlarla manatlıq vergi yayınmaları niyə görməzlikdən gəlinsin?“Şərif oğlu” restoranının “kartdan-karta” sxemi ilə işləməsi bir daha göstərir ki, vergidən yayınma bəzi sahibkarlar üçün normal biznes modelinə çevrilib.Dövlətin nəzarət mexanizmləri real şəkildə işləmədikcə, bu cür hallar artacaq, nəticədə düzgün vergi ödəyənlər zərər çəkəcək. 1xeber.media [center][/center]

Seçilən
1
1
yenisoz.az

2Mənbələr