AZ

Kəmaləddin Heydərov: Mən Ramiz Mehdiyevə villa bağışlamamışam... 

Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın...

Poliqon xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Sezar pizza

Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.

Kəmaləddin Heydərov isə bu iddianı “bikar adamlar”ın yaydığını bildirib.

Poliqon.info

Seçilən
15
24
poliqon.info

10Mənbələr