AZ

Yağışlı havada qiyməti qaldıran taksi sürücüləri OXUSUN: Əgər bu cür davam etsə, dövlət özü…

Yağışlı və küləkli havalarda paytaxtda taksi qiymətlərinin kəskin artması sürücülər və sərnişinlər arasında mübahisə mövzusuna çevrilib. Bəs, bu prosesin qarşısını almaq və qiymət artımını tənzimləmək mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi qiymətləri dəyişən tarif əsasında formalaşır və bu, bazarda tələb-təklif prinsipi ilə müəyyən olunur:

Avtomobil

“Taksi qiymətləri dəyişən tarifdir. Tələb-təklif əsasında formalaşır. Mövcud qiymətlərlə taksi şirkətləri də bu məsələdən sui-istifadə etməməlidirlər. Amma dəyişən tarif olduğuna görə, saatlara, eləcə də hava şəraitinə görə bu qiymət dəyişə bilir.”

Ekspertin sözlərinə görə, yağışlı havalarda taksi sifarişlərinə tələbat artdığı üçün qiymətlərin yüksəlməsi texnoloji platformalar tərəfindən avtomatik həyata keçirilir. Lakin bu hallarda dövlətin nəzarət mexanizmləri və ictimai monitorinqlər vasitəsilə sui-istifadə hallarının qarşısı alınmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
42
1
konkret.az

2Mənbələr