AZ

Dominik Soboslay Liverpulun yeni ulduzunu təriflədi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay komanda yoldaşı Florian Virtsin oyununu yüksək qiymətləndirib.

QOL.az xəbər verir ki, o, Çempionlar Liqasında “Real” üzərində “1:0” hesablı qələbə ilə bitən son matçdan sonra fikirlərini bölüşüb:

“Florian Virtsinin oyununu xüsusi qeyd etmək istəyirəm. Dayanmadan qaçdı, top qazandı, müdafiəyə qayıtdı, hücumlar qurdu və hətta az qala mənə məhsuldar ötürmə verəcəkdi. Ona təşəkkür edirəm!”

Xatırladaq ki, “Liverpul” 22 yaşlı alman yarımmüdafiəçini yayda 125 milyon avroya transfer edib. Virts hələlik “qırmızılar” üçün qol vurmasa da, 15 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
qol.az

2Mənbələr