AZ

“Baku Archifest 2025” memarlıq, şəhərsalma və dizayn sahələrinə maraq göstərənlər üçün geniş imkanlar yaradır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

Mən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalının əsasının qoyulmasından böyük məmnunluq duyuram. Bu, bizim üçün çox önəmli bir tədbirdir. Çünki burada çoxsaylı qonaqları və ziyarətçiləri qarşılayıb onlara ev sahibliyi etmək imkanı qazanırıq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ADA Universitetinin Memarlıq fakültəsinin dekanı Silvia Ferraris deyib. O bildirib ki, “Baku Archifest 2025” memarlıq, şəhərsalma və dizayn sahələrinə maraq göstərənlər üçün geniş imkanlar yaradır: “Bu tədbirdə yeni mütəxəssislərlə tanış olmaq və ünsiyyət qurmaq imkanımız var. Burada mühüm məsələləri müzakirə etmək fürsəti əldə edirik. Bundan əlavə, yenicə yaradılmış məktəbimizdə gələcəyin dizaynerlərini yetişdiririk. Bu festival, xüsusilə əlaqələrin qurulması baxımından böyük əhəmiyyət daşıyır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
azertag.az

2Mənbələr