AZ

Türkiyə gələn il yerli qatar istifadəyə verməyi hədəfləyir

Türkiyə dəmir yollarında yerli istehsalın artırılması yolu ilə gələn il saatda 160 kilometr sürətə malik 9 elektrikli qatar və saatda 225 kilometrə çata bilən qatar dəstini istifadəyə verməyi hədəfləyir.

Bu çərçivədə yerli istehsalı daha effektiv şəkildə dəstəkləməsi təmin ediləcək, dizayn və AR-GE fəaliyyəti təşviq olunacaq.

Həmçinin “Coco Oxa Tərtibatlı Milli Lokomotiv Platforması Layihəsi” çərçivəsində nəqliyyat və logistika sektorunda ətraf mühitə təsirlərin, eləcə də xərclərin minimuma endirilməsi, həmçinin enerji səmərəliliyinin artırılması məqsədilə dəmir yolu və dəniz nəqliyyatına üstünlük veriləcək.

Bununla yanaşı, Milli Elektrikli Sürətli Qatar Dəsti İstehsal və Sınaq zavodunun tikinti işlərinə başlanılıb. 15 min kvadratmetr sahəyə malik olacaq zavodun ölkə iqtisadiyyatına ildə təxminən 3,5 milyard lirə həcmində töhfə verməsi gözlənilir.

MənbəAZƏRTAC
Seçilən
2
3
banker.az

4Mənbələr