AZ

Hikmət Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - FOTO


Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə görüşüb.

Hikmət Hacıyev bununla bağlı “X” hesabnda paylaşım edib.

“Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə strateji tərəfdaşlıq ruhunda səmərəli görüş keçirdim.

Biz əlaqələrimizi yeni sahələrdə — əlaqəlilik, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq istiqamətlərində dərinləşdirmək və genişləndirmək məsələlərini müzakirə etdik.

Həmçinin bu axşamkı oyunda “Qarabağ” və “Çelsi” komandalarına uğurlar arzuladıq”, - deyə paylaşımda qeyd edilib.

Seçilən
16
4
baki-xeber.com

10Mənbələr