AZ

Mərkəzi Bank bu il qızıl alışı üzrə dünyanın üçüncü ən iri alıcısı olub

BAKI, 5 noyabr. TELEQRAF

2025-ci ildə Polşa Milli Bankı 67 tonla ən çox xalis qızıl alan mərkəzi bank olub. Onu Qazaxıstan (40 ton) və Azərbaycan (38 ton) tənzimləyiciləri izləyib.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin sentyabr ayında dünyanın mərkəzi bankları ümumilikdə təxminən 39 ton qızıl alıblar.

Sentyabrda ən aktiv alıcılar Braziliya (15 ton), Qazaxıstan (8 ton), Qvatemala (6 ton) və Rusiya (3 ton) mərkəzi bankları olub. Türkiyə, Çin, Çexiya və Qana isə hər biri 1–2 ton qızıl ehtiyatlarını artırıblar.

Eyni zamanda, sentyabrda Özbəkistan mərkəzi bankı dörd ton qızıl satan yeganə ölkə olub.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr