AZ

“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümü çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt klubunun 19 yaşlıları turnirin 2-ci təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”ın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

“Masazır Arena”da baş tutmuş qarşılaşma “Nant”ın 2:1 hesablı qələbəsi ilə bitib. “Bayquşlar”ın təsəlli qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub. “Nant”ın qollarını isə 17-ci və 76-cı dəqiqələrdə penaltidən dəqiq yararlanmış Mustafa Dabo vurub. Serbiyadan olan baş hakim Danilo Nikoliç bu görüşdə meydan sahiblərinin iki, qonaqların isə üç futbolçusuna sarı vərəqə göstərib.

Xatırladaq ki, “Sabah” Fransada keçirilmiş ilk görüşdə də bu rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Bu üzdən də Azərbaycan təmsilçisi UEFA Gənclər Liqasında mübarizəni erkən dayandırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
1
arena.az

10Mənbələr