AZ

Yola baxmadan keçən piyada sürücünü çətin vəziyyətə saldı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qayda pozan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən piyada həm özünü, həm də motosiklet sürücüsünü təhlükəyə atıb. Üstəlik, o, yola baxmadan  - yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə əhəmiyyət vermədən hərəkətinə davam edib. Xoşbəxtlikdən, bu dəfə qəza baş verməyib.

Qeyd edək ki, piyadalar yolu yalnız piyada keçidlərindən və ya işıqforla tənzimlənən yerlərdən keçməlidirlər. Keçid olmayan hallarda isə yolun hər iki istiqamətinə diqqət yetirərək, yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirmək vacibdir. Qaydalara əməl etməmək həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını risk altına salır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
avtosfer.az

1Mənbələr