AZ

Ramiz Mehdiyevin sərvətinin taleyi necə olacaq? – AÇIQLAMA

Hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilən Ramiz Mehdiyevin bir çox mülklərə, var-dövlətə sahib olduğu sirr deyil. KİV-də bununla bağlı zaman-zaman müxtəlif siyahılar üzə çıxır.

Bəs proses yekunlaşdıqdan sonra bu sərvətin taleyi necə olacaq?

Bu barədə Demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, bununla bağlı qanunvericilikdə belə nəzərdə tutulur:

“Həmin o əmlakların, pulların cinayət yolu ilə əldə edilməsi sübut edildikdən sonra hamısı dövlətin nəfinə keçirilə bilər. Əlbəttə ki, əvvəlcə bunların cinayət yolu ilə əldə edilməsi sübuta yetirilməlidir”.

Seçilən
3
6
tribunainfo.az

7Mənbələr