AZ

Tayron Minqs yenidən ağır zədələndi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Aston Villa”nın müdafiəçisi Tayron Minqs “Liverpul”la oyunda zədələnib. 

QOL.az xəbər verir ki, futbolçu cəmi bir müddət əvvəl “Fulham”a qarşı Premyer Liqa matçında (3:1) aldığı topuq zədəsindən sağalmışdı. O, ötən həftə “Liverpul”la görüşdə 74-cü dəqiqədə Pau Torresin əvəzinə meydanda görünüb. Lakin matçın son dəqiqələrində sürətlə geriyə qaçaraq Məhəmməd Salahı qarşılayarkən sağ ayağının arxa hissəsini tutub və oyunu davam etdirə bilməyib. 

Oyundan sonra baş məşqçi Unay Emeri futbolçunun budun arxa əzələsindən zədə aldığını təsdiqləyib. İlkin olaraq onun təxminən 4 həftə meydanlardan kənarda qalacağını bildirib.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
qol.az

2Mənbələr