AZ

Çin ABŞ ın bir sıra mallarına əlavə rüsumları aradan qaldıracaq

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çin noyabrın 10-dan etibarən bəzi ABŞ mallarına tətbiq edilən əlavə rüsumları aradan qaldıracaq.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Tarifləri Komitəsinin açıqlamasında qeyd olunur."Çin-ABŞ ticarət-iqtisadi məsləhətləşmələri zamanı əldə olunmuş konsensusun həyata keçirilməsi üçün 10 noyabr 2025-ci il saat 13:01-dən Çin Xalq Respublikası Dövlət Şurasının Gömrük Tarifi Komitəsinin elanında nəzərdə tutulmuş əlavə rüsumların yığılması üzrə tədbirlərin həyata keçirilməsi dayandırılacaq", - Departamentin açıqlamasında bildirilir.Oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib. Oktyabrın 10-da Tramp ABŞ-ın noyabrın 1-dən və ya daha əvvəldən Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqladı. O, həmçinin Çinə digər malların, ilk növbədə təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.Oktyabrın 30-da Çin prezidenti Si Tsinpinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Çinin ABŞ-a nadir torpaq metalları ilə maneəsiz tədarükünü davam etdirməyə razılaşdığını açıqlayıb.Anar Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
2
newscenter.az

3Mənbələr