AZ

Səfirləri də “Qarabağ”ı dəstəkləyir – Video

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçında “Köhlən atlar”a azarkeşlik edəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o “X”də paylaşım edib.

“Bu axşam “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi) kimi bu axşam ev sahibi komandanı dəstəkləyəcəyəm”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, oyun bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək.

Seçilən
6
11
konkret.az

10Mənbələr