AZ

Sandu: “Rusiya Moldovada əsas qurumlara öz adamlarını yerləşdirməyə çalışır”

Ayna saytına istinadən ain.az xəbər verir.

“Moskva Kremlin direktivlərini yerinə yetirəcək əsas qurumlara loyal insanları yerləşdirməyə çalışır"

 “Rusiya Moldovada əsas hökumət vəzifələrinə loyal insanları yerləşdirməklə ölkədəki təsirini bərpa etməyə çalışır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib. Prezidentin fikirləri “Omniapress” tərəfindən yayılıb.

Sandu iddia edir ki, Rusiya hazırda Moldovaya "çata bilmir", çünki Ukrayna "müqavimət göstərir".

"Lakin siyasi və strateji risk yüksək olaraq qalır. Moskva vətəndaşlarımızın maraqlarına uyğun hərəkət etmək əvəzinə, Kremlin direktivlərini yerinə yetirəcək əsas qurumlara loyal insanları yerləşdirməyə çalışır", Sandu deyib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Moldovadan Ukrayna, Rumıniya və regiondakı digər ölkələrə qarşı istifadə etməyə çalışır.

Sandu xəbərdarlıq edib ki, "nəzarət qurularsa", respublika "boz zona"ya çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
ayna.az

1Mənbələr