AZ

Məhkəmə Serj Sarkisyana səyahət qadağası qoymaqdan yenidən imtina edib

Məhkəmə yenidən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana səyahət qadağası qoymaqdan imtina edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Akopyan bildirib.

"Məhkəmə prokurorluğun təqdim etdiyi vəsatəti ikinci dəfə rədd etdi. Eyni əsaslar və səbəblər göstərildi. Məhkəmə fərqli bir qətimkan tədbirinin tətbiqinə ehtiyac olmadığına qərar verdi", - vəkil deyib.

Qeyd edək ki, torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi işi üzrə məhkəmə iclası gec başlayıb və qapalı keçirilib.

Bundan əvvəl prokurorun keçmiş prezidentin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini müzakirə etmək üçün təcili iclas təyin olunub. İddia edilib ki, prokuror Sarkisyanın Ermənistanı tərk etmək niyyətində olduğunu göstərən kəşfiyyat məlumatları alıb. Keçmiş prezidentin özü bu məlumatı təkzib edib.

Seçilən
46
5
missiya.az

6Mənbələr