AZ

Aİ Bakı ilə İrəvan arasında sülh sazişlərini dəstəkləməyə hazırdır

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında iki ölkə liderlərinin 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşündə əldə olunmuş sülh sazişlərinin həyata keçirilməsinə dəstək verməyə hazırdır.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.“Xüsusi Nümayəndə Avropa İttifaqının Vaşinqton sammiti zamanı əldə edilmiş uğurları dəstəkləməyə hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.Məlumata görə, Bayramov Qrononu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlər və sülh prosesinin perspektivləri barədə məlumatlandırıb və Bakının bu məsələdə mövqeyini açıqlayıb.Anar Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
newscenter.az

2Mənbələr