AZ

Azərbaycan derbisinə doğru: avtoqollar

"Qarabağ" və "Neftçi" arasında indiyə qədər keçirilən bəzi matçlarda tərəflər avtoqollara görə də məyusluq yaşayıb.

"Football-plus.az" Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komandalar arasında baş tutan oyunlarda qeydə alınan avtoqolların statistikasını açıqlayıb:

İlk avtoqol – Səttar Əliyev (“Qarabağ”)– 14.11.1999. “Neftçi” – “Qarabağ” – 2:0

“Neftçi”nin ilk avtoqolu – Jairo Rodriges – 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0

İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jairo Rodriges (“Neftçi”) – “Qarabağ” – “Neftçi” (21.08.2016) – 3:0, “Neftçi” – “Qarabağ” – 0:2 (25.10.2016).

Ümumi avtoqol sayı – 13

“Neftçi”nin avtoqolları – 8

“Qarabağ”ın avqotolları – 5

İki avtoqol olan yeganə oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi” – 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)

Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran yeganə oyunçu – Mateus Saldanya – 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4

Derbilərdəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola “Neftçi” imza atıb.

4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. “Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola üzülüb.

2016/17 mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb. “Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

Seçilən
4
11
football-plus.az

10Mənbələr