AZ

Dadaş Məmmədov: Aİ rəssamın rəqibi deyil, ideyalar üçün yeni bir palitradır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC süni intellektin (Aİ) incəsənətdə tətbiqi mövzusunda mədəniyyət və incəsənət xadimlərinin fikirlərini öyrənməkdə davam edir. Bugünkü söhbət “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədovladır.

“Süni intellekt keçici bir dəb deyil, onun təkamülünün təbii bir mərhələsi kimi artıq incəsənətdə yeni istiqamətə çevrilib. Bir vaxtlar sənətkarlar impressionizm və ya kubizm naminə reallığı dəqiq təsvir etməkdən imtina etdikləri kimi, bu gün də sənətkarların alqoritmlərdən və məlumatlardan yeni bir boya, yeni bir alət kimi faydalanaraq, insan təxəyyülünün hüdudlarını aşdığını müşahidə edirik. Aİ sənətkarın rəqibi deyil, ideyalar üçün yeni bir palitradır”, - deyə həmsöhbətimiz fikrini bildirir.

D.Məmmədov hesab edir ki, texnologiyalar kimin istifadə etməsindən asılı olaraq, həm ilham mənbəyi, həm də tələ ola bilər.

“Onlar əsl sənətkara azadlıq verir, gözlənilməz ifadə formalarını açır. Lakin tamamilə rəqəmsal həllərə etibar edilsə, risk, impuls, şübhə və daxili axtarışdan yaranan hər şey yox olur. Tarazlıq vacibdir - maşın əlindən tutmalı deyil, kömək etməlidir.

İnsan ilə maşın arasındakı qarşılıqlı əlaqə dialoqdur. Rəssam istiqaməti müəyyənləşdirir, maşın variantlar təklif edir. Lakin qərarı insan verir. Sənətin mahiyyəti də məhz bundadır - hər şeyin simulyasiya edilə biləcəyi bir dövrdə canlı hissi qoruyub saxlamaq. Maşın harmoniyanı hesablaya bilər, amma onu hiss etməyəcək. Rəssamın vəzifəsi isə bu harmoniyaya məna verməkdir”, - deyə “Arts Council Azerbaijan”ın rəhbəri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
100
1
azertag.az

2Mənbələr