AZ

Dron fəaliyyəti Belçikada siyasi gərginliyə səbəb olub



Hazırda Belçikanın gündəmində olan hərbi bazalar üzərində aşkarlanan dronlar, ölkənin hazırkı və keçmiş müdafiə nazirləri arasında gərginliyə səbəb olub.
RTBF ictimai yayımçısına danışan keçmiş müdafiə naziri Ludivine Dedonder, xələfi Teo Frankenin ölkədəki dron fəaliyyətləri ilə bağlı açıqlamalarını tənqid etdi.
Dedonder bildirib ki, onun vəzifədə olduğu müddətdə bu fəaliyyətin real təhlükəyə çevrilə biləcəyini müəyyən ediblər və kibertəhlükəsizliyə vəsait ayırıblar və investisiya qoyublar.

Dedonder hava limanının mühafizə sistemləri üzərində "işlərin artıq davam etdiyini" bildirib və Frankenin Belçikanın dronların hava məkanını pozmasını qabaqcadan görməməsi iddiasını mübahisələndirib.

Dedonder həmçinin onun ictimai mövqeyini tənqid edərək deyib: "Biz müdafiə nazirinin vətəndaşları təhrik etməməsini, qorumasını gözləyirik".

Məsələ ilə bağlı açıqlamasında Franken bildirib ki, "bu cür dron uçuşlarını əvvəlcədən aşkar etmək çətindir".

"Bu dronlar həvəskarların işi kimi görünmür", Franken əlavə edib ki, bəzi ərazilərdə əvvəlcə kiçik dronlar, sonra isə daha böyük dronlar gecə uçurulur və bu, "həvəskarların işi deyil".

Belçikada dron fəaliyyəti artır
Polşa, Rumıniya, Estoniya və Danimarkadan sonra dronlar da Belçikanın gündəmindədir.

3 oktyabrda Belçikadakı Elsenborn Hərbi Təlim Düşərgəsi üzərində dron fəaliyyəti aşkar edilib və Müdafiə Nazirliyi araşdırmaya başlayıb.

25 oktyabrda Vallonun Marke-en-Famenn şəhərindəki Kral Albert Hərbi Bazası üzərində ən azı dörd dron aşkar edildiyi bildirildi.

1 noyabr gecəsi həm milli, həm də NATO əməliyyatları üçün istifadə edilən Kleine Brogel Hərbi Hava Bazasında üç dron aşkar edildiyi açıqlandı. 2 noyabr axşamı eyni bazada dörd dron da müşahidə edildi.

Dünən gecə dronların aşkarlanmasından sonra təhlükəsizlik səbəbləri ilə Brüssel Hava Limanı ətrafında uçuşlar müvəqqəti olaraq dayandırıldı.

aia.az
Tərcümə şöbəsi



Seçilən
81
27
aia.az

10Mənbələr