AZ

Sədərək rayonu ləğv edilir? – rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ləğv olunacağı iddia edilir. Bu iddianı jurnalist Heydər Oğuz səsləndirib.

KONKRET.AZ xəbər verir ki, məsələyə Sədərək Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Qurumun İnformasiyanın təminatı və təhlili sektorunun müdiri Oruc Hüseynzadə mediaya açıqlamasında bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir:

“Bu barədə bizə heç bir məlumat verilməyib. Ümumiyyətlə belə bir addımın atılması gözlənilmir. Heydər Oğuzun sözü ilə o boyda rayon ləğv edilmir ki”.

Qeyd edək ki, Sədərək rayonu 1990-cı ildə Şərur rayonunun ərazisində yaradılıb.

———–
Bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdəki “Naxçıvanbank”ın bankomatını söküblər. Bir neçə gün əvvəl isə rayon xəstəxanasının bəzi aparatları sökülüb və Şərura aparılıb.

Bu məlumatı politoloq Heydər Oğuz rayondakı mənbələrinə istinadla paylaşıb.

O bildirib ki, hər iki hadisəni sakinlər rayonun ləğvinə hazırlıq kimi dəyərləndiriblər.

Qeyd edək ki, bundan öncə Heydər Oğuz kiçik rayonların birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. O, xüsusilə 3 kəndi (1 kəndi işğal altındadır) və bir neçə min əhalisi olan, cəmi 220 km.km sahəni əhatə edən və ölkəmizin ən kiçik rayonu olan Sədərək rayonunu misal kimi göstərmiş, bu cür kiçik rayonlarda inzibati struktura xərc çəkməyi artıq hesab etdiyini bildirmiş, həmin vəsaitin orada yaşayan insanlara yönəldilməsini təklif etmişdi.

Seçilən
9
1
konkret.az

10Mənbələr