AZ

Maduro silahlı mübarizəyə keçid təklifinə “hə” dedi

ain.az, Ayna saytına istinadən bildirir.

“Bu, Venesuelanın ərazi bütövlüyünü, ləyaqətini və gələcəyini qorumaq üçün zəruridir”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın təcavüzü halında hərtərəfli müdafiə planını və silahlı mübarizəyə keçid təklifini təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Maduro bunu 5 noyabrda hakim Venesuela Birləşmiş Sosialist Partiyasının (VSSV) və partiyanın gənclər qanadının fövqəladə qurultayında deyib.

"Vətənin hərtərəfli müdafiəsi strateji konsepsiyası çərçivəsində Venesuelanın ABŞ imperiyası tərəfindən hücuma məruz qalması halında milli və qitə miqyasında silahsız mübarizədən silahlı mübarizəyə keçid planı qəbul edilib", - Maduro bildirib.

Prezident qeyd edib ki, bu, Venesuelanın ərazi bütövlüyünü, ləyaqətini və gələcəyini qorumaq üçün zəruridir. O həmçinin VSSV-ni qəbul edilmiş qərarı dərhal həyata keçirməyə çağırıb.

Maduro həmçinin əlavə edib ki, bütün ölkələr Venesuelaya sülh uğrunda uğurlu mübarizənin nümunəsi kimi baxırlar və heç kim Bolivar Respublikasından müstəqillik və yaşam hüququnu əlindən almayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
ayna.az

1Mənbələr