Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
“Real”ın qış “transfer pəncərəsi” üçün hədəfi müəyyənləşib.“El Nacional”ın məlumatına görə, Madrid klubu “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu hədəfə alıb. “Real”ın baş məşqçisi Xabi Alonso 21 yaşlı yarımmüdafiəçini “yeni Toni Kroos” hesab edir. İspaniyalı mütəxəssis klub rəhbərliyindən gənc futbolçunun transferini istəyib. İddiaya əsasən, “Real” Uorton üçün təxminən 60 milyon avro ödəməyə hazırdı.Adamın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi. O, cari mövsümdə bütün turnirlərdə 13 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.