AZ

Meksika prezidenti onu öpmək istəyən şəxsi məhkəməyə verdi

Meksika Prezidenti Klaudiya Şeynbaum ictimai tədbir zamanı onu öpməyə cəhd edən bir kişi ilə bağlı hadisədən sonra rəsmi şikayət ərizəsi təqdim edib.

"Unikal" xəbər verir ki, o bu barədə gündəlik mətbuat konfransında açıqlama verib.

"Mən həqiqətən də hiss etdim ki, bu kişi tamamilə sərxoş idi. Mən bunu əvvəllər də yaşamışam - tələbə olanda, gənc olanda", - deyə o qeyd edib

Prezident digər qadınlara nümunə olmaq üçün şikayət ərizəsi təqdim etmək qərarına gəldiyini vurğulayıb. "Əgər mən bu cinayəti bildirməsəm, bütün meksikalı qadınlar hansı şəraitdə olacaq?"- deyə o əlavə edib. 

"Bu baş verməməlidir; heç kimin şəxsi həyatımıza müdaxilə etmək hüququ yoxdur", - deyə Şeynbaum bildirib.

Seçilən
38
1
unikal.az

2Mənbələr