AZ

Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı

Moskva məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.

Moderator.az bu barədə TASS-a istinadla xəbər verir.

Bildirilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini iki ay uzadıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqan Rayon Məhkəməsi Markaryanı həlak olan hərbçilərin xatirəsini təhqir etməkdə təqsirli bilərək həbs etmişdi. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.

Seçilən
23
2
moderator.az

3Mənbələr