AZ

Silah qaçaqmalçılığına qarşı əməliyyat keçirildi 135 nəfər saxlanılıb

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin 41 əyalətində silah və sursat qaçaqmalçılığına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 135 şübhəli saxlanılıb. Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb. Onun sözlərinə görə, əməliyyat Adana, Ərzincan, Van, Ankara, Antalya, Aydın, Balıkəsir, Burdur, Bursa, Çorum, Dənizli, Diyarbakır, Ədirnə, Gaziantep, Hakkari, Hatay, Isparta, İstanbul, İzmir, Kastamonu, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Muğla, Nevşehir, Ordu, Sakarya, Samsun, Sivas, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Yalova və Zonquldağda keçirilib. Məlumata görə, əməliyyat nəticəsində 3 min 116 ədəd pnevmatik tapança müsadirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
avtosfer.az

5Mənbələr