AZ

Şahbaz Şərif Azərbaycan Prezidentini Pakistana dəvət etdi

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevin ən qısa zamanda Pakistana səfərini səbirsizliklə gözlədiklərini bildirib.

Bakupost.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bunu Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

"Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizi səbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki, heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləri yekunlaşdırmaq istiqamətində səylə çalışırlar", - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
5
www.bakupost.az

6Mənbələr