AZ

"Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb YENİLƏNİB - 5

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.

Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

23:04UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.

Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.

Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

22:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.

Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.

39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.

22 :18

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) hesab bərabərləşib.

Missiya.Az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər - 1:1.

29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

22:11

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda turunda "Qarabağ" və "Çelsi" komandaları arasında matçda hesab açılıb.

Missiya.Az-ın məlumatına görə, qonaqların heyətində 16-cı dəqiqədə Estevao fərqlənib.

Seçilən
8
6
missiya.az

10Mənbələr