AZ

"Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazandı -

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb. Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.***22:58UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.***22:50UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissə başlayıb.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.***22:33UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.***22:24UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çıxıblar- 2:1.39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.***22:16UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab bərabərləşib.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər - 1:1.29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.***22:04UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk qol vurulub.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda qonaqlar hesabı açıblar.17-ci dəqiqədə Estevan Villian fərqlənib.***21:45UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması start götürüb.

Metbuat.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.

Seçilən
4
6
metbuat.az

10Mənbələr