AZ

Tehranda içməli su iki həftəyə tükənə bilər

İranın paytaxtı Tehranda əsas içməli su mənbəyi ölkəyə təsir edən şiddətli quraqlıq səbəbindən iki həftə ərzində quruya bilər.

Bu haqda “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Belə ki, Tehranı içməli su ilə təmin edən beş bənddən biri olan Əmir Kəbir hazırda cəmi 14 milyon kubmetr su saxlayır - tutumunun 8 faizi.

Yerli su şirkətinin məlumatına görə, bu qədər su iki həftəyə kifayət edir.

Qeyd edək ki, Tehranın təxminən 10 milyon əhalisi var və gündəlik su istehlakı üç milyon kubmetrə çatır.

"Cebheinfo.az"

 

Seçilən
5
5
cebheinfo.az

6Mənbələr